banner
banner

Gündəm

İcra başçısının model "sevgilisi": "Biriylə münasibətlərinin olması çox normaldı"

İcra başçısının model "sevgilisi":

Model-aktrisa Əfsanə Qasımova bir müddət öncə açıq-saçıq fotolarının mətbuata çıxmasıyla, ardınca isə adının keçmiş icra başçısıyla hallanmasına görə gündəmə gəlmişdi. Bu günlərdə isə Qasımova yeni fotosessiyasını Ölkə.az-a təqdim edib. Aktrisa-model həmçinin saytın suallarını cavablandırıb.

Cia.az həmin müsahibəni təqdim edir:

-Əfsanə xanım, bir müddət öncə sosial şəbəkələrdə, həmçinin mediada çox aktiv idiniz. Sanki son günlər bir qədər geri çəkilmisiniz.

- Haqlısınız ki, bir müddət öncə daha fəal idim. Amma indiki duruma da geri çəkilmək deməzdim. Sadəcə, başım işlərimə qarışıb. Hazırda ATV-də "Qız atası" serialına çəkilirəm, eyni zamanda model kimi fəaliyyətim var. Sentyabrdan da dövlət qurumunda işə başlayacağam.

- Bəlkə qeyri-fəallığınızın bir səbəbi də budur.

- Bilirsiniz, dövlət qurumu elədir ki, burada hər addımına diqqət etməlisən. Bəlkə də o səbəbdən müəyyən çərçivələri özüm özümə təyin etmişəm.

- İndiyə kimi o çərçivələr yox idi?

- Var idi, amma bu qədər yox.

- Adınız Cəbrayılın keçmiş icra başçısıyla da hallanırdı.

- O söhbət yadıma düşəndə hələ də gülürəm. Səhv etmirəmsə kişinin adı Mahmud idi.

- Bəli, Mahmud Quliyev.

- Düzdür, sevgidə, münasibətlərdə yaşın fərqi yoxdur. Amma bu qədər də yox da. O kişinin 70 yaşı var, babam yaşındadır.

- Təqdim etdiyiniz fotosessiyadakı maşın özünüzündür?

- Xeyr, yaxın bir dostumundur. Özüm isə avtomobil idarə etmirəm.

- Bacarmırsınız?

- Bacarıram, amma sürücü idarə edir.

- Niyə Azərbaycanda model deyəndə belə düşünülür ki, filankəsin sevgilisi, filankəsin məşuqəsidir?

- Bu mənim ən yaralı yerimdir. Ancaq görünür insanlar daha çox belə görürlər. Hər halda insanın biriylə münasibətinin olması çox normaldı. Əsas odur ki, kiminsə evini, ailəsini dağıtmayasan.

- Yeri gəlmişkən, şəxsi həyatınızla bağlı vəziyyət necədir?

- Onu deyə bilərəm ki, hər şey qaydasındadır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.