banner
banner

Dünya

Britaniyanın yeni baş naziri bu qadın da ola bilər

Britaniyanın yeni baş naziri bu qadın da ola bilər

Britaniyanın daxili işlər naziri Tereza Mey krallığın baş naziri postuna namizədliyini irəli sürüb.

Bu haqda "Times" qəzeti məlumat yayıb.

"Mühafizəkarlar Partiyasının lideri və Britaniyanın baş naziri olmaq uğrunda mübarizəyə başlayıram", - deyə, 59 yaşlı siyasətçi bildirib. T.Mey üç səbəbdən namizədliyini irəli sürdüyünü vurğulayıb: "Referendumdan sonra ölkəmizin etibarlı və güclü rəhbərliyə ehtiyacı var, partiya və dövlətimizi birləşdirəcək rəhbərliyin olması vacibdir, ölkəmizin gələcəyinə cəsur, müsbət və yeni yanaşmalar lazımdır".

Qeyd edək ki, iyunun 23-də Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması məsələsi ilə bağlı referendum keçirilib. Həmin referendumda seçicilərin 51,8 faizi ittifaqdan çıxmağın, 48,2 faizi isə qalmağın lehinə səs verib. Bu siyasi kampaniyanın nəticəsi elan olunduqdan sonra hazırkı baş nazir Devid Kemeron üç ay ərzində özünün və hökumətinin istefa verəcəyini bildirmişdi. Qeyd edək ki, krallıqda baş nazirin sentyabrın 2-də seçilməsi nəzərdə tutulub.("Report")



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.