2004-cü ildə "Avropa gözəli" seçilən Şermin Şehrivar italyan sevgilisi biznesmen Lapo Elkanla romantik tətilə çıxıb.
Axşam.az-ın Türkiyə KİV-inə istinadən xəbərinə görə, 33 yaşlı Şehrivar ilə Erkan İtaliyanın Kapri adasında çıxdıqları yaxta gəzintisi zamanı görüntülənib.
Cütlük yanlarındakı dostlarından ayrılaraq, kənara çəkilib günəş vannası qəbul edib. Öpüşməyə başlayan Şehrival və Lapo fotokameralar tərəfindən görüntülənib.
Avropa gözəli seçildikdən sonra karyerasında sürətlə irəliləyən modelin sevgilisi İtaliyanın lüks avtomobillər düzəldən "Agnelli" ailəsinin nəvəsidir. 38 yaşındakı iş adamı avtomobillə yanaşı, modelyerliklə də məşğuldur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.