banner
banner

Şou

"Həyat yoldaşımla intim səhnələrə çəkilərəm"

"Həyat yoldaşımla intim səhnələrə çəkilərəm"

Gənc Tamaşaçılar Teatrının aktyoru Eşqin Quliyev filmlərdəki açıq-saçıq səhnələrdən danışıb.

Axşam.az-ın məlumatına görə, aktyor publika.az-a bildirib ki, Azərbaycan tamaşaçısı belə filmləri qəbul etməyə hazır deyil. Həyat yoldaşı aktrisa olan E.Quliyev “həyat yoldaşınızla intim səhnələrə çəkilərdinizmi” sualına belə cavab verib:

“İndiyə kimi Gülər xanımla bir neçə tamaşada - “Mən səni sevirəm”, “Yatmış gözəl”də oynamışıq. Amma belə rollarımız olmayıb. Həyat yoldaşım razı olarsa, rejissor məni qane edərsə, intim səhnələrə çəkilə bilərik. Xarici filmlərdə isə sözsüz ki, çəkilərdim”.

Eşqin Quliyev Azərbaycanda bu tip filmlərin qəbul olunmadığını da diqqətə çatdırıb:

“Bura Azərbaycandır. Bizim millətin düşüncəsi o dərəcədə inkişaf etməyib ki, elə filmlərə normal baxsın”.

Qeyd edək ki, E.Quliyevin həyat yoldaşı, əməkdar artist Gülər Nəbiyeva da Gənc Tamaşaçılar Teatrında çalışır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.