Türkiyəli aparıcı Ece Erken keçmiş həyat yoldaşı Serkan Uçarın sevgilisi Ceylan Çapa ilə istirahətdə dava etməsinə münasibət bildirib. Erken mediada yayılan xəbərin arxasından İnstaqram səhifəsində "İlahi ədalətdə vaxt ötmək yoxdur. Gec və ya tez gerçəkləşir" sözlərini paylaşıb. Qeyd edək ki, Ece iş adamı Serkan Uçarla ailə qurmuşdu, bir müddət əvvəl isə cütlük boşanıb. Ayrıldıqdan sonra Serkan Ceylan Çapa ilə eşq yaşamağa başlamışdı. Ötən həftə cütlük getdiyi gecə klubunda dava edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.