Qatıq günün hər saatı yeyilən möhtəşəm bir qidadır. Bədənimiz üçün inanılmaz təsirləri olan bu qidanın faydaları haqqında sizə bəzi maraqlı faktları təqdim edirik.
1. Qatıq kalsium mineralı baxımından zəngin qidadır. Sağlam insanın gündəlik kalsium ehtiyacı 1000-1200 mg arasında dəyişir. 1 kasa qatıq yemək kalsium ehtiyacını 30% qarşılayır. Kalsium mineralı sümüklərin daha güclü olmasını təmin edir və xüsusilə, menopauza dövrü sonrasında qadınlarda tez-tez görülən osteoporoza qarşı qoruyucudur.
2. Tərkibindəki təbii bakteriyalar sayəsində bağırsaqdakı faydalı bakteriya sayını sabit saxlayır və zərərli bakteriyaların çoxalmasına mane olar. Bağırsaq florasının pozulması 2-ci tip diyabet, piylənmə kimi bir çox xəstəliyin təməlini qoyduğu üçün qatıq bu xəstəliklərə qarşı da qoruyucudur. Eyni zamanda, probiotik xüsusiyyəti immunitet sistemini dəstəkləyir.
3. Qatıq çox yaxşı bir zülal qaynağıdır və digər zülal qaynaqlarına nisbətən daha aşağı kalorilidir. Gündəlik qidalanmada qatığa yer verilərək, zülalın yavaş həzm olunma xüsusiyyətindən faydalanıb, daha uzun müddət tox qalmaq olar.
4. Qatıq tərkibindəki kalsium sayəsində qarın bölgəsi yağları yandırma xüsusiyyətinə də malikdir. C vitamini ilə birlikdə yeyildikdə maddələr mübadiləsini canlandırır.
5. Kalsium damar sağlamlığı və damar tıxanıqlığının qarşısını almaq üçün lazımlı olan mineraldır. Qatıq kalsiumla zəngin bir qida olduğu üçün ürək-damar xəstəlikləri, hipertoniya kimi sağlamlıq problemlərindən qoruyucu təsir göstərir. Diqqət yetirilməsi lazım olan məqam qatığın yarım yağlı növlərinin yeyilməsidir.
6. Bağırsaq xərçəngi müasir dövrdə olduqca məşhur bir xəstəlikdir və bağırsaqlardakı bu ziyanın təməlini meydana gətirən ən əhəmiyyətli problem qəbizlikdir. Qatıq həzm sisteminin qarşısını alan qəbizliyə mane olur. Bu xüsusiyyətilə kolon xərçənginə qarşı qoruyucudur.
7. Tərkibindəki kalsium, fosfor, riboflavin, yod, sink, B5 və B12 vitamini sayəsində bədəni dincəldir, vitamin və mineral çatışmazlıqlarına mane olur.
8. Qatığın ehtiva etdiyi sink və laktik turşu dəri sağlamlığı üçün əhəmiyyətlidir. Bu maddələr sayəsində qatıq məsamələri açır, dərini ölü hüceyrələrdən təmizləyir və parlaqlıq verir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.