banner
banner

Hərbİ

Azərbaycan Ordusu şəhid verdi

Azərbaycan Ordusu şəhid verdi

Aprelin 2-də cəbhə xəttindəki döyüşlərdə ağır yaralanan Azərbaycan hərbçisi dünən şəhid olub.

Bu barədə jurnalist Aqil Aslan məlumat verib.

Jurnalist bildirib ki, aprelin 2-də ağır yaralanan və həmin vaxtdan komaya düşən gizir Rahim Qara oğlu Tağıyev dünyasını dəyişib.

Gizir Rahim Tağıyev Azərbaycan Ordusunda tankçı kimi xidmət edirdi. Rahim düz 99 gün idi ki, komada idi. Tank komandiri gizir Rahim Qara oğlu Tağıyev aprelin 2-də cəbhənin Goranboy-Tərtər istiqamətində Talış kəndi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərdən olmuşdu. Elə həmin gün döyüş zamanı düşmənin atdığı minamyot mərmisi Rahimin yanına düşüb və hərbçimiz başından ağır yaralanmışdı. 
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilən Rahim Tağıyev aprel döyüşlərinin ən ağır yaralısı idi. Onun sağalması üçün hospitalın həkimləri əlindən gələni edirdi. Lakin vəziyyəti ağır-stabil olaraq qalırdı. Ona görə də Rahimi Türkiyədəki məşhur "Gülhanə" xəstəxanasına aparmağa qərar verilmişdi. Türkiyəyə yola salınması üçün bütün sənədlər hazırlanmışdı. Həyat yoldaşı bir neçə gün öncə Bakıya gələrək, Rahimin hərbi biletini də hospitalın rəis müavininə vermişdi. Demişdilər ki, yaxın günlərdə Türkiyəyə aparılacaq. 
Rahim Tağıyev 18 ildir Milli Orduda xidmət edirdi. Bu müddətdə xidmətdə fərqləndiyinə görə 5 medal və çox sayda Fəxri Fərmanla təltif edilmişdi. Şəkinin Əliyar kəndində anadan olan Rahim Mingəçevir sakini idi. Onun 3 uşağı var - Ülkər, Nihat və Nicat. 
Rahim Tağıyev bu gün ailəsinin istəyi ilə Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib

Allah rəhmət eləsin.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.