banner
banner

Gündəm

Ağalarovların Bakı malikanəsində yay əyləncəsi: 150 quzu yeyildi

Ağalarovların Bakı malikanəsində yay əyləncəsi:

Xəbər verildiyi kimi ötən həftə sonu Bakıda Rusiya şou-biznesinin bir sıra ulduzlarının iştirakı ilə “Jara” (“Qızmar”) musiqi festivalı keçirilib. Festivalın təşkilatçısı azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov idi. Elə festival da Ağalarovların Xəzər sahilində yerləşən dəbdəbəli “Sea Breeze” otel-malikanəsində keçirilib. Festival Rusiya mediasında böyük rezonans doğurub və günlərdir bu ölkənin maqazin mediası həmin tədbirdən yazır.

Virtualaz.org xəbər verir ki, life.ru festivalın təşkilati işlərinə dair maraqlı detalları yayıb. Bildirilir ki, bu musiqi festivalı Bakı sakinlərinin yaddaşlarında uzun müddət qalacaq. Yüzlərlə elit avtomobillərdən ibarət kortejlər, bahalı şampan şərabları, bir ucdan kəsilən qoyunların kababları...Bu musiqi hadisəsi təşkilatçılara 2.5 milyon avroya başa gəlib və “Eurovision” mahnı yarışmasının Bakıda keçirilən açılış mərasimini öz büdcəsinə görə kölgədə qoyub.

Festivalda iştirak edən şou-biznes əhlini Bakıya gətirmək üçün xüsusi olaraq Moskvadan 500 yerlik çarter reysləri təşkil olunub. Burada iştirakçıları milli rəqslərlə qarsalayıblar.

Estrada ulduzları və onların personalı üçün “Jumeirah Bilgah Beach Hotel”-də dəniz mənzərəli 100 lüks nömrə bronlanıb. Daha 190 nömrə isə təşkilati heyət və jurnalistlər üçün “Boulevard Authograph Collection” spa-kompleksində ayrılıb. Bakı festivalında iştirak etmək üçün artistlərdən bir çoxu qastrol turlarını təxirə salıblar.

Festivalın açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AZAL prezidenti Cahangir Əsgərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.əcək.

Festivalın qonaqları üçün hər gün Bakının ən yaxşı restoranlarında ziyafətlər təşkil edilib. Qonaqlar xüsusən İçərişəhərdəki “Karvansaray” restoranını bəyəniblər. İki gün ərzində birbaşa konsert meydançasında da qonaqlara yeyib-içmək veriblər. Life.ru hesablayıb ki,  iki günlük festival zamanı bir neçə yüz şüşə “Moet Chandon” şampanı içilib, yüzdən çox qəlyan çəkilib və qonaqlara yemək hazırlamaq üçün 150 cavan qoyun, yəni quzu kəsilib. Finalda Emin Ağalarov vəd edib ki, gələn il festival daha da dəbdəbəli olacaq, iki gün yox, dörd gün davam edir

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.