banner
banner

Sosİal

Qəbul imtahanlarına giriş pullu olacaq

Qəbul imtahanlarına giriş pullu olacaq
İmtahan xərcləri dövlət büdcəsindən verilməyəcək, hər bir şəxs pulu özü ödəyəcək. 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Trend”ə müsahibəsində  deyib. M.Abbaszadə bir şəxsin imtahan verməsinin ona 25 manata başa gələcəyini bildirib: “Söhbət müxtəlif növ qəbul imtahanlarından, yəni bütün təhsil pillələrinə qəbul imtahanlarından gedir ki, onlar da pullu olmalıdırlar. Bundan başqa, müxtəlif növ sınaq imtahanları, dövlət qulluğuna qəbul imtahanları - bunlar hamısı yalnız dövlət rüsumu əsasında aparılır. İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək. Ona görə də hər bir şəxs pulu özü ödəyəcək. Müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir. Ancaq elə imtahanlar var ki, bu xərc daha çoxdur. Bu, o imtahanlardır ki, orada iştirakçıların sayı az olur. Məsələn, kütləvi imtahanlarla müqayisədə rezidentura imtahanlarının keçirilməsinə daha çox pul xərclənir. Kütləvi imtahanlar olanda xərclənən pul iştirakçıların sayına görə bölünür, ona görə də xərclər bir az azalırdı. Amma elə də böyük imtahan olmayanda - iştirakçıların sayı 1000-2000 nəfər olanda xərclər təbii ki, artır. Biz indi bununla əlaqədar müəyyən arayışlar hazırlayırıq. Bu arayışları müəyyən bir sənəd kimi Tarif Şurasına təqdim etməliyik. Tarif Şurasında bu sənədlərə baxılmalıdır. Müəyyən imtahanlar dövlət hesabına aparılmalıdır. Bu, buraxılış imtahanlarıdır. Çünki buraxılış imtahanları yekun attestasiyadır və ölkədə 11 illik təhsil pulsuzdur. Təbii ki, attestasiya da pulsuz olmalıdır. Amma qalan imtahanlar pullu olmalıdır”.

Təhsil naziri Mikayıl Cabbarov isə Qəbul imtahanın dövlət büdcəsi yox, ödənişli olması şəklində qoyuluşu müzakirə edilməli mövzu olduğunu bildirib. Dövlət İmtahan Mərkəzinin təzə yaradılan müstəqil qurum, publik hüquqi şəxs olduğunu deyən nazir onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanların olmasının vacib olduğunu bildirib: “Təhsil alanlar nöqteyi-nəzərindən həmin xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Ona görə həmin xidmətlərin ödənişinin kim tərəfindən həyata keçirilməsi müzakirə olunacaq. Bu prosesin dövlət büdcəsi, təhsil büdcəsi və ya hansısa başqa mənbələr hesabına təmin edilməsi razılaşdırılacaq. Bu qərar Təhsil Nazirliyinə təklif olandan sonra biz öz mövqeyimizi rəsmi qaydada bildirəcəyik. Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmasını anlayırıq. Lakin bunun buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlər hesabına olunub-olunmaması sual doğurur. Təhsilə hər kəsə əlçatan olmalıdır”.
 
İmtahanların bundan sonra abituriyentin hesabına aparılması nə dərəcədə düzgündür?


“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bu məbləğin valideynlərin büdcəsinə o qədər də ziyan vurmayacağını dedi: “Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs hesab olunur. Dövlət İmtahan Mərkəzi yaradılarkən qeyd olundu ki, onun büdcəsi bir milyon manat olmalıdır. Bu quruma çox böyük, geniş səlahiyyətlər verilib. Dövlət İmtahan Mərkəzi yalnız tələbə qəbulunu həyata keçirmir. Dövlət qulluğuna qəbulu, buraxılış imtahanlarını, dərsliklərin monitorinqini həyata keçirir və sairə. Ona görə də hesab edirəm ki, bu kiçik vəsait iri bir qurumun saxlanılması üçün çox cüzi bir vəsaitdir. Məleykə xanım müsahibəsində qeyd edib ki, bir nəfər üçün bir imtahana 25 manat xərclənir. Bu, imtahanda iştirak edənlər üçün çox böyük vəsait hesab olunmamalıdır. Həqiqətən də Dövlət İmtahan Mərkəzi publik, hüquqi şəxs kimi bir neçə xidmətini ödənişli həyata keçirə bilər. Əgər valideynlər bir ay ərzində repetitıra yaxud da məktəbin bu və ya digər xəclərinə min manatdan çox vəsait xərcləyirlərsə, imtahanda iştirak üçün 25-50 manat vəsaitin xərclənməsi faciə sayılmamalıdır. Əlbəttə ki, qəbul prosesində iştirak etmək valideynlər və onların övladları üçün çox mühüm bir prosesdir. Mən hesab edirəm ki, hamı çox xoş münasibəti olduğu bu qurumun saxlanılması  üçün maraqlı olmalıdır. Burada ştat cədvəlləri böyüyür, xidmətlərin sayı artır və sairə. Ona görə də bu xidmət 50 manatı ötməməlidir. Bu halda hesab edirəm ki, valideynlərin büdcəsinə bir o qədər də ziyan olmayacaq”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.