banner
banner

Hərbİ

Nazirlik şəxsi heyətlə iş üzrə komandir müavinlərini Bakıya yığdı

Nazirlik şəxsi heyətlə iş üzrə komandir müavinlərini Bakıya yığdı

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2016-cı ilin ötən dövrü ərzində həyata keçirilən tədbirlərin təhlili və döyüş hazırlığının ikinci yarımilində qarşıda duran vəzifələrlə bağlı toplantı öz işinə başlayıb.

Cia.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbirin gündəliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev toplantıda cari ilin ilk yarısında şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını təhlil edərək müdafiə nazirinin qərar və əmrlərinin tələblərinə, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılmasına dair təlimatların, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılmasını, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsini və bu istiqamətdə səylərinin artırılmasının vacibliyini qeyd edib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordu günü ərəfəsində hərbçilərə mənzillərin verilməsini hərbi qulluqçuların və onların ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olduğunu xatırladan nazir müavini, dövlətimizin başçısının hərbçi ailələri ilə görüşü zamanı bir daha Azərbaycan Ordusunun mənəvi-psixoloji və döyüş hazırlığının yüksək qiymətləndirdiyini xatırlatdı. Nazir müavini bundan sonra da Ali Baş Komandan və Müdafiə naziri tərəfindən qarşıya qoyulan bütün tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Toplantıda çıxış edən general-mayor Rasim Əliyev hərbi kollektivlərdə mənəvi-psixoloji keyfiyyətlərin formalaşdırılması, sağlam mühitin yaradılması, dostluq və əsgəri yoldaşlıq ənənələrinin tərbiyə olunması istiqamətində komandir-rəis heyəti tərəfindən müvafiq işlərin görülməsinin vacibliyini vurğulayıb.

Toplantı şəxsi heyətlə iş üzrə zabitlərin, ictimaiyyət nümayəndələrinin, elm xadimlərinin, ziyalıların çıxışları və müxtəlif mövzuların müzakirəsi ilə davam edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.