banner
banner

Gündəm

Türkiyədə dövlət çevrilişinə cəhd - 'Ölkə yönətiminə əl qoyuldu' + CANLI YAYIM

Türkiyədə dövlət çevrilişinə cəhd -
Türkiyədə dövlət çevrilişinə cəhd təşəbbüsləri haqda xəbərlər yayılıb. Hazırda Türkiyə televiziyaları bu barədə canlı yayın verməkdədir. Oradan da görünür ki, Ankara küçələrində tanklar küçələrə çıxıb, helikopterlər havaya qaldırılıb. Türkiyənin baş naziri Binali Yıldırım televiziyalara açıqlama verib və deyib ki, bu, bir hərbi üsyandır. Bir qrup əskəri qrup özbaşına təşəbbüs göstəriblər. 

İstanbulda 2 körpü jandarma qüvvələri tərəfindən bağlanılıb
 
İstanbulda da hərəkətli anlar yaşanır.
 
Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, İstanbulun Boğaziçi körpüsü və Fateh Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən istiqaməti jandarm əməkdaşları tərəfindən bağlanılıb.
 
Reuters agentliyinin məlumatına görə, paytaxt Ankarada silah səsləri eşidilib. Ankara səmalarında helikopterlər uçur.
 
Türk Silahlı qüvvələrinin qərərgahından isə yayılan e-postda vurğulanır ki, hərbiçilər ölkə yönətiminə əl qoyub, bütün yetkiləri üzərinə götürüb. Bütün mediaya gələn e-postada iddia olunur ki, Türkiyədə asayişi yenidən təmin etmək üçün dövlətin idarəetməsinə hərbçilər əl qoyub.   

 
 
 
 
Canlı yayımı bu linkdə izləyə biləriniz:
http://www.ntv.com.tr/canli-yayin/ntv 
 
 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.