Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN ödəniş" terminallarının quraşdırılmasına başlayıb.
Bu barədə "Trend"-ə Dövlət Agentliyindən bildirilib.
Həmin terminalların köməyi ilə vətəndaşlar Vergilər Nazirliyinin, Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişini həyata keçirə biləcəklər.
YHQ-nin pozulmasına görə cərimələrin ödənilməsi üçün protokolun nömrəsi və avtomobil sahibinin şəxsiyyət vəsiqəsindəki məlumatlar lazımdır. Qurğu banknotların və sikkələrin qəbulu üçün slotlarla təchiz edilib. Hazırda ilk "ASAN ödəniş" terminalı artıq "ASAN xidmət"in Sabirabad regional mərkəzində quraşdırılıb. Yaxın vaxtlarda qurğu bütün mərkəzlərdə quraşdırılacaq".
Dövlət Agentliyinin 2015-ci il üzrə planlarına Bakıdakı ictimai yerlərdə (parklarda, ticarət-əyləncə mərkəzlərində, yanacaqdoldurma məntəqələrində və s.) "ASAN ödəniş" terminallarının quraşdırılması daxildir. Yaxın gələcəkdə ümumilikdə 200-ə yaxın belə terminalın quraşdırılması planlaşdırılır.
Bundan əlavə, "ASAN ödəniş" portalının açılması nəzərdə tutulur. Onun köməyi ilə vətəndaşlar bank hesablarından, kredit kartlarından, “Elektron pul kisəsi”ndən və digərlərindən istifadə etməklə ödənişlər həyata keçirə biləcəklər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.