Dünyaca məşhur ulduz Ledi Qaqanın sürücülük vəsiqəsi əlindən alına bilər.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, müğənni yol polisi tərəfindən saxlanılıb. Buna səbəb isə Qaqanın yeni maşınına nömrə nişanı almaması olub. Bu haqda ifaçı özü sosial şəbəkədə yazıb.
Bir həftə bundan əvvəl Qaqa sosial şəbəkədə sürücülük vəsiqəsi alması ilə bağlı şad xəbər paylaşmışdı. 30 yaşı olan sənətçi nəhayət avtomobilini özü idarə edə biləcəyi üçün sevinirdi.
Polislər yaxın günlərdə nömrə nişanı almasa, ifaçının sürücülük vəsiqəsinə əl qoyulacağını bildirib.
Sevgilisi Teylor Kinni ilə Los-Ancelesdə yaşayan Ledi şəxsi sürücü xidmətindən istifadə edirdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.