14 saylı cəzaçəkmə müəssisəsində məhbus Elşad Babayevin ölümünə görə məsuliyyət bu müəssisənin və Penitensiar Xidmətin üzərinə düşür.
Bu barədə Turan agentliyinə İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov bildirib.
"31 yaşlı Elşad Babayevin onun bədənində çoxsaylı işgəncə izləri olması haqqında bəyanatı narahatlıq doğurur. Biz kənarda qala və susa bilmərik. Gəncin ölümü qapalı müəssisədə baş verib və buna görə cəzaçəkmə müəssisəsinin və Penitensiar Xidmətin rəhbərliyi məsuliyyət daşıyır. Bir insan cinayət törədibsə, azadlıqdan məhrumetmə artıq cəzadır. Heç kim məhbusu zorakılığa və işgəncələrə məruz qoymaq hüququna malik deyil”, - deyə Behbudov bildirib.
O, təəssüflə qeyd edib ki, bu sahədə mənfi təzahürləri tənqid etdiyinə görə Penitensiar Müəssisədə monitorinqə buraxılmır. Behbudovun fikrincə, işgəncələrə qarşı mübarizədə ixtisaslaşan QHT-lərin penitensiar müəssisələrə baş çəkməsinin qadağan edilməsi öz özlüyündə narahatlıq üçün əsas verir.
Behbudov həmçinin karxana yaxınlığında yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində havanın çox çirkli olması ilə əlaqədar məhbusların saxlanma şəraitinin ağır olduğunu bildirib.
Hüquq müdafiəçisi Penitensiar Xidmətin Babayevin ölüm faktının obyektiv araşdırılmasına mane olmağa çalışacağını ehtimal edib.
Behbudov öz növbəsində ölkə prezidentinə və baş prokurora Babayevin ölümünün obyektiv araşdırılmasına yardım etmək və təqsirkarları cəzalandırmaq xahişi ilə müraciət hazırlayır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.