Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları - 2016”da iştirak edəcək
İyulun 30-dan avqustun 13-dək Rusiya Federasiyasında “Beynəlxalq Ordu Oyunları - 2016” yarışlarının keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumatda bildirilir ki, yarışlar çərçivəsində təşkil ediləcək “Xəzər Kuboku - 2016” və “Tank biatlonu - 2016” müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Mahaçqala limanı yaxınlığında keçiriləcək “Xəzər Kuboku - 2016” beynəlxalq yarışında ölkəmizi təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin 2 gözətçi və 1 xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.
“Xəzər Dənizi - 2016” yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcəklər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.