Sərkisyan qiyamçılara müraciət etdi, aprel döyüşlərini yada saldı
Ermənistan prezidenti Serj Sərkisyan nəhayət İrəvanın mərkəzində cərəyan edən girov dramına münasibət bildirib və silahlı qrupa müraciət edib.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyan İrəvanda Post Patrul Polisinin polkunun binasını ələ keçirən və 5 polisi, o cümlədən 1 generalı girov saxlayan qrupu silahları təhvil verməyə çağırıb.
“Biz məsələnin dinc yolla nizama salınması üçün bütün mümkün tədbirləri görürük. Bir daha qrupu silahları yerə qoymağa çağırıram. Biz təmkinli hərəkət edirik və etməkdə davam edəcəyik. Hər vətəndaşın həyatı bizə qiymətlidir”-Sərkisyan hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi müşavirədə deyib.
Onun sözlərinə görə, hakimiyyət belə hallara uyğun klassik ssenari üzrə hərəkət etməyib və silahlılara geri addım atmaq şansı yaradıb. “Ümid edirəm ki, onlar bir daha düşünəcəklər. Ancaq biz yol verə bilmərik ki, bütün cəmiyyət bu gərginliyin girovu olsun”-Sərkisyan bildirib.
Ermənistan prezidenti aprel döyüşlərini yada salıb və hamını təmkinə çağırıb. “Apreldən o qədər çox vaxt keçməyib ki, bizim cəmiyyətimiz baş verənləri yaddan çıxarmağı özünə rəva bilsin. Bir daha hamını Ermənistan Respublikası naminə, xalqın gələcəyi naminə təmkinə çağırıram”-o deyib.
Xatırladaq ki, Qarabağ müharibəsinin iştirakçısı olan silahlılar polis polkuna iyulun 17-də hücum edib, bu zaman 1 polis polkovniki öldürülüb. Silahlılar öz liderləri-“Şuşa” batalyonunun komandiri, hakimiyyəti silah yoluyla devirmək cəhdinə görə həbs edilmiş Jirayr Səfilyanın azadlığa buraxılmasını, Sərkisyanın istefa verməsini tələb edirlər. Səfilyan aprel döyüşlərindən sonra fəallaşıb və hakimiyyəti məğlubiyyətdə ittiham edib. O, könüllüləri yığaraq Qarabağda itirilmiş əraziləri geri qaytaracağı ilə hədələyirdi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.