banner
banner

Sağlamlıq

Ofis işçiləri hər zaman yorğundur, çünki...

Ofis işçiləri hər zaman yorğundur, çünki...

Ofis işçilərinin davamlı olaraq özlərini yorğun hiss etmələrinin səbəbi yuxusuzluq və ya ağır nahar deyil. Bu amillərin müəyyən təsiri olsa da, əsl səbəb oksigen azlığıdır. 

ABŞ-ın elm adamları ofis və idarələrdə karbonun miqdarının yüksək olması səbəbindən işçilərin özlərini yorğun hiss etdiyini bildirirlər. Ofisdəki karbondioksidin miqdarı açıq havada olduğundan daha çoxdur. Ventilyasiya sisteminin düzgün qurulmadığı ofislərdə çalışanların tənəffüsü ilə əlaqədar bu nisbət zərərli həddə çıxa bilir.

Araşdırma zamanı mütəxəssislər ofis, sinif, iclas otaqlarındakı və açıq havadakı karbondioksidin miqdarını ölçüblər. Güman edildiyi kimi, ən sıx karbondioksid iclas otağında qeydə alınıb. Yeri gəlmişkən, insan sağlamlığını təhdid etməsə də, yüksək həddə olan karbondioksid insanın beynindəki qərar vermə mexanizmlərinə mənfi təsir edir və yorğunluq yaradır. (musavat.com)

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.