Sərhəddə növbəti erməni təxribatı: yanğın, partlayış
Ermənistan silahlı qüvvələri Tovuzun sərhəd kəndində yanğın törədiblər.
Alov kəndə istiqamət aldıqca bir neçə mina partlayışı da olub.
Tovuzun Əlibəyli kəndində səhər saatlarından etibarən göy üzünü tüstü bürüyüb. Kəndlilərin sözlərinə görə, erməni silahlıları əsasən küləkli havada quru otlaq sahələrinə od vuraraq alovun Əlibəyli, Ağdam, Hacallı kəndlərinə doğru yayılmasına, yaşayış məntəqlərinə ziyan vurmasına çalışırlar. Ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovu tez bir zamanda kəndə istiqamətləndirə bilir. Bu zaman yanğından qorunmaq üçün yırtıcı heyvanlar, daha çox da sürünənlər Azərbaycanın sərhədyanı kəndlərinə tərəf istiqamət alırlar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.