banner
banner

Sosİal

Dönər yeyənlərə xəbərdarlıq: “Natəmizlik hökm sürür...”

Dönər yeyənlərə xəbərdarlıq:
"Azərbaycanda fəaliyyət göstərən dönərxanaların sanitar-texniki, gigiyenik vəziyyətindən razı deyilik".
Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.
O bildirib ki, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamalar dayandırılsa da, müşahidələr dönərxanalarda natəmizliyin hökm sürdüyünü göstərir: "Əsasən də yol kənarlarında fəaliyyət göstərən dönərxanaların vəziyyəti qənaətbəxş deyil. Hazırda Bakı şəhərində 1000-ə yaxın dönərxana fəaliyyət göstərir. Yoxlamaların dayandırılmasından sonra dönərxanaların sayı artıb. Bu məsələdə əhali də diqqətli, tələbkar olmalıdır. Təklif və tələb olanda artıq üçüncü tərəf kənarda qalır. Əhali, xüsusilə də gənclər dönərdən çox istifadə edirlər. Hazırda toyuq ətindən dönər hazırlayanların sayı artıb. Əslində, hər iki ətdən hazırlanan dönərdə problem ola bilər. Toyuq dönərində infeksiya, mal ətindən hazırlanan dönərdə mənşə problemi ortaya çıxa bilər".
İ.Abdullayev at ətindən dönər hazırlanması probleminə də toxunub. O bildirib ki, at ətinin satışının qarşısını almaq üçün bu məsələ qanunvericilikdə əksini tapmalıdır:
 
"Qanunvericilikdə dəyişiklik olmalıdır. Qanunda at əti satan şəxsləri konkret hansı cəzanın gözlədiyi göstərilməlidir. Belə olarsa, həmin insanlar bu addımı atmaqdan çəkinərlər. Əks təqdirdə, cüzi cərimə ödəməklə bu qanunsuz əməllərini davam etdirəcəklər".


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.