banner
banner

Dünya

Kılıçdaroğlu da Gülənin ekstradisiyasını tələb etdi

Kılıçdaroğlu da Gülənin ekstradisiyasını tələb etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Fəthullah Gülənin ABŞ-dan ekstradisiyasını tələb edib.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, K.Kılıçdaroğlu qeyd edib ki, F.Güləni Türkiyədə mühakimə etmək lazımdır.

Onun sözlərinə görə, əgər F.Gülən özünü günahsız hesab edirsə, Türkiyəyə gəlməli və məhkəmə qarşısında günahsızlığını sübut etməlidir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.