Ötən il Azərbaycanda 652 nəfər itkin düşmüş şəxs tapılıb ki, onların da 100-ü 14-18 yaşadək uşaqlar olub. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, 2014-cü illə müqayisədə 14-18 yaşadək uşaqların itkin düşməsi halları 4,2 faiz azalıb. 2015-ci ildə ümumilikdə 887 nəfər itkin düşüb. Onların da 652 nəfəri tapılıb, 235 nəfər isə hazırda axtarışdadır.
2015-ci ildə ümumilikdə itkin düşmüş 887 nəfərin 116-sı 14-18 yaşadək uşaq olub. Ötən il axtarışda olan 116 itkin uşağın 100-ü tapılıb.
Ümumiyyətlə, son vaxtlar xüsusən də uşaqların itməsi ilə bağlı xəbərlərin sayında artım müşahidə edilir. İnsanların itməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bu versiyaların arasında inanması çətin olan bir iddia da var- kosmosdan gələnlərin azərbaycanlıları oğurlaması. Təbii ki, bu nə qədər qeyri-real görünsə də, hər halda, bunu da düşünənlər var. Digər versiya isə insan alveri ilə məşğul olan cinayətkar şəbəkə ilə bağlıdır. Çox zaman bir sıra şəxslər yaxınlarının axtarışının ciddi aparılmadığından da şikayətlənirlər. Bəs əslində axtarış necə olmalıdır? Polis itən şəxsi neçə müddətdən sonra və necə axtarır?
Hüquqşünas Müzəffər Baxış bu sahədə də ciddi problemlərin olduğunu dedi: “Konkret olaraq kiminsə itkin düşməsi barədə yaxın qohumları ərizə ilə polis orqanlarına müraciət etməlidir. Polis orqanları bu məsələ ilə bağlı axtarış işi açmalı və axtarışlar həyata keçirməlidirlər. Axtarışlar zamanı polislər bir qayda olaraq belə ərizələr üzrə axtarış aparılandan sonra cinayət işinin başlanmasını rədd edirlər. Amma qanuna görə əgər itkin düşən şəxsin öldürülməsi ilə bağlı kifayət qədər şübhələr varsa, belə hallarda Cinayət Məcəlləsinin tələblərinə görə cinayət işi başlamalıdır. Bir qayda olaraq polis orqanları bu məlumatlarla bağlı cinayət işinin başlanmasını rədd edirlər. Çünki qəsdən adam öldürmə ilə cinayət işi başlamalıdırlar və çox zaman işlər açılmamış qalır. Sonra da polisin cinayətləri açma faizi aşağı düşür. Ona görə də onlar bir qayda olaraq cinayət işi başlamağı rədd edirlər. Formal olaraq ətraf rayonlara məktub yazırlar ki, filan tarixdə filan şəxs itkin düşüb. Əgər sizin rayonunuzda belə adama rast gəlsəniz, bizə məlumat verin. Belə bir formal proseduru həyata keçirirlər. Amma itkin düşmə ilə bağlı Mülki Məcəllənin tələblərinə görə itkin düşən şəxsin itkin düşməsindən 2 il keçəndən sonra onun yaxınları məhkəməyə müraciət edərək həmin şəxsin itkin düşməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasına nail ola bilərlər. Yəni məhkəmə burada araşdırma aparır, polisə və digər orqanlara sorğu göndərir, həmin şəxsin həqiqətən də itkin düşməsi barədə məlumatları toplayır və qətnamə çıxarır ki, konkret bu şəxs itkin düşmüş hesab ediləcək. Çünki onun bir sıra prosedurlarının həyata keçirilməsi üçün bəlli məhkəmə qətnaməsi tələb olunur. 5 il müddət keçdikdən sonra isə itkin düşmüş şəxslər ölmüş elan edilir və o prosedurlar məhkəmə tərəfindən həyata keçirilir”.
Hüquqşünas Azərbaycanda bütün sahələrdə olduğu kimi, itkin düşmə, ölmüş elan etmə ilə bağlı məsələlərdə də çox ciddi problemlər olduğunu bildirdi: “Əslində itkin düşmüş şəxslərin, xüsusən də dağ yerində itkin düşənlərin bir də görürük ki, 10 ildən sonra meşədə meyiti tapılır. Bununla da müəyyən olunur ki, əslində o qəsdən öldürülüb. Amma vaxtilə bu barədə hüquq-mühafizə orqanlarının səhlənkarlığı ilə əlaqədar vaxtında cinayət işi başladılmayıb və əməliyyat-axtarış tədbirləri həyata keçirilməyib. Yaxud da dəfələrlə olub ki, kimlərsə yaxın qohumları tərəfindən qətlə yetirilib evin altında və yaxud da həyətdə basdırılıb. 20 ildən sonra müəyyən olunur ki, həmin şəxs əslində yaxın qohumları tərəfindən qətlə yetirilib. Yəni Azərbaycanın bütün sahələrində olduğu kimi, bu sahədə də çox ciddi nöqsanlar var. Bu da qanunların icrası ilə bağlı Azərbaycanda olan problemlərlə bağlıdır. Yuxarıda sadaladığım prosedur qaydalar hamıya aiddir. Uşaqların məsələsində daha həssas yanaşmaq lazımdır. Çünki son dövrlərdə insan alveri məqsədilə uşaqların oğurlanması və onların insan alverinin qurbanları kimi istifadə edilməsi daha çoxdur. Ona görə də əslində hüquq-mühafizə orqanları bu məsələyə çox ciddi yanaşmalıdır. Uşaqlar itən zamanı valideynin polis orqanına ərizəsindən sonra polis dərhal bu axtarışları həyata keçirməlidir. Çünki bu uşağın tapılmasının çox böyük əhəmiyyəti var. Tutaq ki, cinayətkar bir şəbəkə tərəfindən həmin uşaq oğurlanırsa, Azərbaycan ərazisindən kənara çıxarıla bilər. Ona görə də məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış fəaliyyətinə başlanılmalıdır”.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.