banner
banner

Hərbİ

Nazir cəbhəboyu zonadakı tank hərbi hissəsində - FOTO

Nazir cəbhəboyu zonadakı tank hərbi hissəsində -

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.

Cia.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, müdafiə naziri Zakir Həsənov Gəncə şəhərində yeni inşa edilən hərbi hospitaldakı müalicə-diaqnostika, qərargah korpusu, eləcə də digər inzibati binalar və qurğularda gedən tikinti işlərinin keyfiyyəti ilə maraqlanıb.

Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev müdafiə nazirini görülən işlər haqqında məlumatlandırıb.

Mobil səhra hospitalının yeni açılan terapiya bölməsində yaradılan şəraitlə tanış olan müdafiə naziri Zakir Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sonra müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissələrinin birində şəxsi heyətlə görüşüb. Buradakı döyüş texnikası, trenajor mərkəzi və avtomobil texnikalarına baxış keçirib.

Müdafiə naziri şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.