banner
banner

Şou

Tətil üçün Bodrumu seçdi - fotolar

Tətil üçün Bodrumu seçdi -
Məşhur çexiyalı model Karolina Kurkova tətil üçün Bodruma üz tutub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı model tətilə uşaqları, anası və atası ilə birlikdə gedib.
Model “Bodrum Canyon Ranch” otelində bir gecəsi 1100 avro olan iki otaq götürüb. Onların neçə gün istirahət edəcəyi bilinmir.

Qeyd edək ki, Karolina Kurkova modelliyə 15 yaşında başlayıb. O, 2007-ci ildə qazandığı 5 milyon dollarla dünyanın ən çox qazanan modelləri arasına girməyi bacarıb. Kurkova həmin siyahıda hazırda 6-cı yerdədir.

Model 2009-cu ildə Arxie Druri ilə evlənib. Cütlüyün bu evlilikdən iki uşağı var. 







 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.