banner
banner

Hərbİ

ANAMA Şirvanda xüsusi əməliyyata başladı

ANAMA Şirvanda xüsusi əməliyyata başladı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan hərbi təyinatlı “Araz” zavodundakı partlayışdan sonra təmizləmə işlərinə başlayıb. 

İyulun 26-da baş vermiş və bir neçə saat davam edən güclü partlayışdan sonra zavodun 2 kilometrliyinə qədər ərazilərə partlamamış mərmi başlıqları, siqnal raketlərinin patronları səpələnib. İyulun 28-dən başlayaraq ANAMA xüsusi təyinatlı mobil çevik qrupları ərazidə xüsusi əməliyyata başlayıblar. 

Xüsusi minaaxtaran qurğularla partlayış zamanı hündürlüyə qalxaraq yerə çırpılıb torpaq qatının altına girmiş mərmi başlıqlarının müəyyən olunması üçün müvafiq işlər görülür. Əraziyə səpələnmiş sursatlar toplanaraq xüsusi qablaşdırmalarda ərazidən uzaqlaşdırılır. Qeyd edək ki, “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzində baş vermiş partlayış zamanı 2 nəfər işçi - İlhamə Əsgər qızı Nuriyeva və Ağamir Allahyar oğlu Məmmədov dünyalarını dəyişib, 26 nəfər yaralanıb. 8-10 saat davam edən partlayış zavodun ərazisində ciddi dağıntılara səbəb olub, 2 kilometr radiusda mərmi başlıqları, müxtəlif sursatların qalıqları səpələnib. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.