Türkiyə ordusunda aparılan islahatlar nə vəd edir?
Türkiyədə hərbi çevrilişə cəhddən sonra ölkə iqtidarı orduda geniş islahatlara başlayıb. Çevrilişə cəhddə əli olan çoxsaylı yüksək rütbəli hərbçi vəzifəsindən kənarlaşdırılıb, əksəriyyəti isə istintaqa cəlb olunub.
Bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkədə fəaliyyət göstərən bütün hərbi təhsil müəssisələri də bağlanacaq və dörd ali hərbi təhsil müəssisəsinin əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq. Bütün bu islahatlar Türkiyə ordusunun qüdrətinə necə təsir edəcək?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, ümumilikdə gedən proseslər narahatlıq doğurur, ancaq sevindirici məqamlar da var: “Sevindirici məqam ondan ibarətdir ki, məhkəmə, məlum hadisələrdən sonra həbs edilən 800-dən artıq hərbçini azad edib. Ümumi proseslər isə o qədər də ürəkaçan deyil. Yüksək Əsgəri Şuranı Türkiyə Silahlı Qüvvələrinin qərargahında deyil, ondan kənarda keçirmək, generalların təhqiri və digər məsələlər orduda bir iz saxlayacaq. Eyni zamanda uzun illər Türkiyə Silahlı Qüvvələrinin sıralarında çalışan şəxslərin özləri cəzalandırılmaqla yanaşı, ailələri də bütün pensiya hüququndan, təzminatlardan məhrum edildilər. Bu da istər-istəməz insanlarda narazılıq yaradacaq. Hər halda hesab edirəm ki, Türkiyə Silahlı Qüvvələri ilə bağlı təcili addım atılmalıdır. Hazırkı dönəm xeyli qarışıqdır. PKK ilə savaşda, Türkiyənin sərhədlərində baş verən hadisələrdə nə jandarm, nə də digər qüvvələr ölkəni müdafiə etməyəcək. Türkiyənin ərazi bütövlüyünü Silahlı Qüvvələr qoruyacaq. Ona görə də orduya qarşı addım atanda son dərəcə diqqətli olmaq lazımdır. Ümumiyyətlə, Türkiyə Silahlı Qüvvələri ilə bağlı tələsik addım atılmamalıdır. Türkiyənin, Silahlı Qüvvələrin bundan sonrakı nüfuzu düşünülməlidir”.
Mövzu ilə bağlı politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, xüsusi konsepsiya olmalıdır: “Ölkə rəhbərliyi əvvəlcədən bilməli idi ki, Türkiyənin ordusu mülki idarəçilik sisteminin tərkib hissəsi olmalıdır. Bəllidir ki, Türkiyənin ordusu xüsusi qaydada idarə olunur. Türkiyənin coğrafi mövqeyi, ordunun Qərbə bağlılığı, Türkiyənin NATO-da hərbisinə görə 2-ci dövlət olması, orada orduya spesifik rol ayırmışdı. Ərdoğan hakimiyyətə gələn zaman ilk işi ordu ilə məşğul olmaq olsa da, təəssüf ki, bunu konsepsiyasız etdi. İndi isə hesab edirəm ki, Türkiyənin başına gələn problemlərin əsaslarından biri, ordunun zəif olmasıdır. Əgər orduda vaxtilə müxtəlif addımlar atılmasaydı düşünürəm ki, ABŞ, NATO, Qərb Türkiyəyə yuxarıdan aşağı baxa bilməzdi. Onlar son illər ona görə Türkiyəyə etinasız yanaşırlar ki, ordu zəifləyib. Ordunun zəifləməsi ilə həmçinin, PKK-nın Türkiyə ərazisində törətdiyi terror hadisələri düz mütənasibdir. Ordu zəiflədikcə terror aktlarının da sayı artır. Yaxşı olardı ki, hökumətin ordu ilə bağlı aydın konsepsiyası olsun”.
Politoloq bildirib ki, son illər Türkiyənin iqtisadi gücü xeyli artıb, ancaq əsas məsələ hərbi gücdür: “Hərbi güc olmasa, həm qlobal, həm də regional miqyasda ortalığa çıxan təhdidlərə Türkiyə layiqincə cavab verə bilməyəcək. Bu baxımdan da tədricən ortaya konsepsiyanın qoyulması əsas məsələdir. Yəni Türkiyədə ordu nə yerdə olmalıdırsa, buna uyğun konsepsiya hazırlanmalıdır. Belə olmayacaqsa, vəziyyət yaxşı olmayacaq. İndi hərbi ali müəssisələr də ləğv olunub, bu istiqamətdə də islahatlar aparılır. Hesab edirəm ki, yaxşı olardı bu addım, yeni qurumlar yaradılıb, özlərini doğrultduqdan sonra atılardı. PKK gözləmir ki, nə vaxtsa Türkiyənin güclü ordusu olmalıdır. Türkiyə elə coğrafiyadadır ki, burada hərbi güc onun iqtisadiyyatından da, valyutasından, gerbindən, bayrağından da vacibdir. Ümid edək ki, hər şey yaxşı sonluqla yekunlaşacaq”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.