Adana sakini Fətullahı televizorda görüb atəş açdı
Türkiyənin Adana vilayətinin sakini 15 iyul hərbi çevriliş cəhdinin başında dayandığı bildirilən və ölkənin “1 nömrəli terrorçusu” statusunu alan Fətullah Gülənə vinçester tipli ov tüfəngi ilə atəş açıb.
Virtualaz.org xəbər verir ki, açılan atəş nəticəsində həmin vətəndaşın evindəki televizor darmadağın olub. Çünki Adana sakini evindəki televizorun ekranında Fətullah Gülənin təsvirini görüb və ləngimədən ov tüfəngi ilə ona atəş açıb. Sosial şəbəkələrdə həmin vətəndaşın Fətullah Gülənin görüntüsünə atəş açarkən çəkilən fotosu da yer alıb. Bu fotolar sosial şəbəkələrdə sürətlə yayılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.