Yeni il qabağı Ermənistan parlamentinin işi xüsusilə çoxdur. Amma burda iqtisadiyyatı böhrandan necə çıxarmaq, ərzaq məhsullarının qiymətinin bahalaşması ilə necə mübarizə aparmaq, insanların iş tapmaq üçün başqa ölkələrə getməsinin qarşısını almaq üçün yeni iş yerlərinin açılması barədə məsələlərə baxılmır. Burda söhbət başqa şeydən gedir və deputatların fikrincə, bu, daha yüksək səviyyəli məsələdir.
Məsələ bundadır ki, ermənilər bu yaxınlarda beynəlxalq təşkilatlara xahişlə müraciət ediblər ki, lavaşı bu Cənubi Qafqaz respublikasının mədəni irsi saysınlar. İndi isə parlamentin divarları arasında YUNESKO-ya Ağrı dağın (ermənilər ona uydurma Ararat adı qoyub - red.) Ermənistanın qeyri-maddi irsi sayılmasını tələb edən məktubun göndərilməsini müzakirə edirlər.
Heç kimi də utandırmır ki, bu dağ başqa dövlətin ərazisində yerləşir. Ermənilərin bu vecinə də deyil. Dağlıq Qarabağı işğal etdilər, onu ikinci erməni dövləti adlandırırlar, Azərbaycan mahnılarını oğurlayırlar və onları öz mahnıları kimi təqdim edirlər. Onlar bu üsullarla ermənilərin çoxdan uydurduğu dənizdən dənizə Böyük Ermənistan yalanını qəbul etdirmək istəyirlər. Yeri gəlmişkən, bu heç zaman olmamış dövlətin uydurma xəritəsi İrəvanın etnoqrafik muzeyində nümayiş etdirilir.
Ekspertlərin hesabatına görə, Ermənistanın əsas müttəfiqi olan Rusiyada bu gün öz respublikalarındakından çox erməni yaşayır. Atalar demişkən, divarda asılmış tüfəng gec-tez atəş açacaq. Yəni çox tezliklə parlament Rusiyanın bir sıra şəhərlərinin Ermənistana birləşdirilməsi barədə məsələ qaldıra bilər. Həmin şəhərlərdə indi ermənilərin sayı yerli əhalini üstələyir. Deyirlər, iştah diş altındadır. Erməni siyasətçilərin tamahı həmişə göz çıxarıb. Xüsusilə də başqasına məxsus olanlarla bağlı. Ağrı dağa gəldikdə isə, o, həmişə Türkiyə ərazisində olub və olacaq - heç bir erməni mədəni irsinə dəxli olmadan. //ANS
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.