Zakir Həsənov Böyük Britaniyanın ölkəmizdəki səfirini qəbul edib
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Karol Kroftsla görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri qonağı yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Silahlı Qüvvələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin və hərbi təhsil sahəsində əldə edilən razılaşmaların inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Sonda müdafiə naziri səfirin fəaliyyəti dövründə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib. Britaniyalı diplomat isə əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.