Sumqayıtda fəhlə mərcə girdi - Qəbul imtahanında 532 bal topladı
Sumqayıtda maraqlı hadisə baş verib.
Cia.az-ın xeberle.com-a istinadən məlumatına görə Qəhrəmanov İbrahim adlı gənc qəbul imtahanları ərəfəsində dostu ilə 100 manatdan mərcə girib. Mərcin şərtlərinə görə İbrahim qəbul imtahanlarında keçid balını yığmalı – minimum nəticəni göstərməli imiş.
Amma imtahanların nəticələri açıqlandıqdan sonra məlum olub ki, abituriyent 3-cü qrup üzrə daha artıq - 532 bal toplayıb. Hadisənin ən maraqlı tərəfi budur ki, İbrahim hazırda “Sədərək” bazarında fəhlə işləyir.
Bu gənc 10 il bundan öncə 554 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. 4 il həmin ixtisas üzrə müvəffəqiyyətlə təhsil aldıqdan sonra bankda çalışıb. Amma maddi sıxıntıları, kredit borcu olduğu üçün işdən uzaqlaşdırılıb. Acınacaqlı vəziyyətə düşən İbrahim bir müddət işsiz qalıb. Amma sonradan fəhlə işləmək qərarına gəlib. O, əslən Qubadlı rayonundandır, 1993-cü ildən Sumqayıtda yararsız şəraitdə olan köhnə mehmanxanada məskunlaşıb. İbrahimin sözlərinə görə, gələn imtahanlarda daha böyük məbləğdən mərcə girərək maksimum – 700 bal toplamaq niyyətindədir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.