banner
banner

Sosİal

“Sovetski”də hansı binalar sökülməyəcək?

“Sovetski”də hansı binalar sökülməyəcək?

““Sovetski”də 118 tarixi abidə var. Ola bilər, onların bəziləri tarixi abidə kimi o qədər də əhəmiyyətli deyil, amma muzey olduqları üçün yerində qalacaqlar. Misal kimi Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin ev muzeylərini göstərə bilərəm”.

CİA.Az-ın APA-ya isinadən verdiyi məlumata əsasən, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Nazir əlavə edib ki, binalardan bəziləri tarixi və ya memarlıq əhəmiyyəti daşımır:
“Elə binalar var ki, onların da əhəmiyyəti o qədər də çox deyil. Amma üzərlərində xüsusi memarlıq bəzəkləri var. Həmin binalar da məhz o bəzəklərə görə bu siyahıya salınıb.

Əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən binalardan təxminən 30-a yaxını sökülməyəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.