banner
banner

Dünya

Argentina prezidenti xəstəxanaya yerləşdirildi

Argentina prezidenti xəstəxanaya yerləşdirildi

Argentina Prezidenti Kristina Kirşner topuq burxulması ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Buenos Aires Herald qəzeti məlumat verib.

Nəşr qeyd edib ki, prezidentin Santa-Kruz əyalətində istirahəti zamanı ayağı burxulub. Oxu.Az-ın Rosbalta-a istinadən verdiyi məlumata əsasən, ona ayaq biləyi əzələlərinin dartılması diaqnozu qoyulub.

Travmaya görə Kristina Kirşner məzuniyyətini dayandırıb Buenos-Ayresə qayıtmalı olub.

Xatırladaq ki, bu ilin noyabrında prezident bağırsaq soyuqdəyməsi ilə bağlı xəstəxanaya yerləşdirilimişdi. Xəstəliyə görə o, 15-16 noyabr tarixində Avstraliyada keçirilmiş G-20 sammitində iştirakdan imtina etmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.