Türkiyə Fətullah Güləni Rza Zərraba güzəştə gedə bilərmi?
Amerika Birləşmiş Ştatlarında Türkiyənin marağında olan iki nəfər saxlanılır. Onlardan biri yüksək qoruma altında, sığınacaq alıb, rahat şəkildə Amerikada yaşayır. Digəri isə ABŞ-a qarşı dələduzluq, çirkli pulların yuyulması və bank saxtakarlığında ittiham edilərək 75 il həbs cəzasına məhkum edilib.
Onlardan birincisi “Hizmet” hərəkatının lideri Fətullah Gülən, digəri İran əsilli biznesmen Rza Zərrabdır. Bəs Türkiyə bu iki şəxslə bağlı ABŞ-la siyasi bazarlığa gedə bilərmi?
Ərəstun Oruclu “Yeni Müsavat”a bildirib ki, ABŞ hüquq-mühafizə və məhkəmə orqanlarının belə bir bazarlığa gedəcəklərinə inanmır:
“Rza Zərrabla Fətullah Gülən məsələsində fərq var. Gülən bu gün Türkiyə hökuməti tərəfindən ən çox hədəfə alınan şəxsdir. Türkiyə göstərmək istəyir ki, Amerika Fətullah Gülən vasitəsilə onların daxili işlərinə qarışır. Hesab edirəm ki, bütün bunlar ”baxın, Türkiyəyə xaricdən təsir var" deyə, cəmiyyətdə fikir yaradılması üçün istifadə olunan texnologiyadır. Düşünürəm ki, AKP iqtidarının yüksək rəsmilərinin özləri də əmin deyillər ki, Gülənin və onun icmasının Türkiyədə çevriliş etməsi üçün imkanları var. Bunların hamısının gündəmə gətirilməsinin başlıca səbəbi Rza Zərrabın ABŞ-da həbsdə olmasıdır. Rza Zərrab Türkiyə rəsmilərinin də cəlb olunduğu qeyri-şəffaf maliyyə əməliyyatlarında faktiki olaraq mərkəzi fiqurdur. Təbii ki, onun əlində kifayət qədər ciddi faktlar var. Bütün Gülən davası da onun ətrafındadır ki, Rza Zərrabın verdiyi ifadələr açıqlanmasın, məhkəməyə çıxarılmasın".
Politoloq bildirib ki, Rza Zərrabı ABŞ ticari sistemini ələ keçirməkdə və terrorizmə dəstək verməkdə günahlandırmaq ağır ittihamdır: “Ancaq ola bilər ki, bu, heç sübut olunmasın. Mümkün olar ki, gələcəkdə Rza Zərraba qarşı irəli sürülən bu ittiham öz təsdiqini tapmasın. Hətta ola bilər ki, onun statusu da dəyişsin və o, ittiham olunan şəxsdən şahidə çevrilsin. Bu halda onun əli ilə müxtəlif qanunsuz əməliyyatlar həyata keçirmiş dövlətlər və onların rəsmiləri çox çətin duruma düşəcəklər”.
Fətullah Gülənin ekstradisiyasına gəlincə isə Ə.Oruclu söyləyib: “Düşünmürəm ki, Fətullah Gülən amili iki dövlət arasında hansısa rol oynayır. Sadəcə olaraq, süni şəkildə qabardılıb. Onun ekstradisiyasının da baş verəcəyini gözləmirəm. Çünki bunun üçün ortada çox ciddi faktlar olmalıdır”.
Qeyd edək ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Fətullah Gülənin cinayətləri ilə bağlı Vaşinqtona 85 qutu sənəd göndərilib. Bu sənədlər Ankaradan təyyarə ilə yola salınıb. Sənədlərdə FETÖ-nün (Fətullahçı Terror Örgütü) Türkiyənin dövlət strukturlarına necə sızması barədə detallar öz əksini tapıb.
Eyni zamanda Türkiyənin Milli Kəşfiyyat Təşkilatı “Eagle” və “ByLock” adlı şəxslərin gizli mesajlarının şifrəsini açıb. Şifrəli yazışmalarda 56 min FETÖ-çünün şəxsiyyəti müəyyən edilib.
Bundan əlavə, Türkiyənin hüquq-mühafizə orqanları 150 min şəxsin kimliyi barədə araşdırmalara başlayıb.
Rza Zərraba gəlincə isə iş adamı ABŞ ticari sistemini ələ keçirməyə cəhd göstərməkdə, terrorizmə dəstək verməkdə və qlobal qanunsuzluqda ittiham edilib. Bu barədə ABŞ prokuroru Prit Bhararanın Zərrabla bağlı 63 səhifəlik ifadəsində yer alıb. Bharara Zərrabın ABŞ-ın milli təhlükəsizliyinə təhdid olduğunu bildirib.
Məlumatlara görə, Rza Zərrab müdafiəsi üçün ən tanınmış və bahalı vəkilləri tutub. Bildirilir ki, o, sadəcə, 4 ayda özünün müdafiəsi üçün 5 hüquq firmasını işə cəlb edib. Vəkillərinin isə sayını 15-ə çatdırıb. Bu komandaya ABŞ-ın keçmiş baş prokuroru Pol Klement və baş prokurorun keçmiş köməkçisi Viet Din də daxildir. Onların hər ikisi apelyasiya mütəxəssisləridir. Zərrabın hüquqi xərclərinin miqdarı bilinmir. Ancaq işi məhkəməyə gedərsə, bu xərcin 10 milyonlarla ölçüləcəyi söylənilir.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.