Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı həbs olunanlar arasında “İncirlik” hərbi-hava bazasının komandanlığı da var. Məlumatlara görə, hərbi çevrilişə cəhddən bir gün əvvəl Fətullah Gülənin tərəfdarları olan generallar orada gizli yığıncaq keçiriblər. Bu yığıncaqda adı açıqlanmayan amerikalı general-leytenant da iştirak edib.
“İncirlik” hərbi-hava bazası ətrafında son zamanlar yaranan bu kimi söhbətlərlə bağlı Türkiyə prezidentinin məsləhətçisi İlnur Çevik rəsmi açıqlama verib. O bildirib ki, Türkiyə “İncirlik” aviabazasını bağlamağı planlaşdırmır. Onun sözlərinə görə, Türkiyə bundan sonra da ABŞ-la münasibətlərini inkişaf etdirəcək. O, Türkiyənin xarici siyasətdə öz maraqlarına uyğun şəkildə addım atacağını bildirib.
Məlumat üçün edək ki, “İncirlik” Türkiyənin Adana vilayətində yerləşir və ABŞ ordusu ilə NATO-nun istifadəsindədir. Əsasən ABŞ, Türkiyə, Böyük Britaniya, Səudiyyə Ərəbistanının hərbi hava qüvvələri tərəfindən istifadə edilən baza mühüm strateji əhəmiyyətə malikdir. Tarixinə gəlincə isə 1951-ci ildə inşasına başlanan “İncirlik” hərbi bazası 1954-cü ildə Türk Silahlı Qüvvətləri (TSK) və Amerika Hava Qüvvələrinin xidmətində ortaq istifadəyə verilib. Hərbi baza zaman-zaman bölgədəki hərbi əməliyyatlar və antiterror əməliyyatları zamanı öz rolunu oynayıb. Bu sıraya Livan böhranı, İraq ətrafında baş verənlər, daha sonra Orta Şərqin bir sıra ölkələrində cərəyan edən toqquşmalar zamanı operativ müşahidə və müdaxilələri əlavə etmək olar. “İncirlik” hərbi bazası İŞİD-ə qarşı əməliyyatlarda da mühüm strateji məkan olaraq öz sözünü deyib. Baza humanitar fəlakətlər yarandığı zaman da əhəmiyyətinə görə seçilib. Habelə 18 oktyabr 2005-ci ildə Pakistan zəlzələsinin qurbanlarına yardım göstərilməsi baxımından önəmli rol oynayıb. 2006-cı ildəki İsrail-Livan qarşıdurmaları zamanı Livanda yaşayan və döyüş səbəbi ilə qaçan 1700-dən çox Amerika vətəndaşına humanitar yardım göstərilməsi üçün bazanın fəaliyyətindən istifadə olunub. Bu bazada ABŞ-a məxsus atom bombalarının da yerləşdiyi bildirilir.
“İncirlik” hərbi-hava bazası ətrafında danışılanlar barəsində “Yeni Müsavat”a hərbi ekspert Üzeyir Cəfərov danışıb. O bildirib ki, hərbi baza Amerikadan daha çox Türkiyə üçün vacibdir:
“Əvvəla, ”İncirlik" bazasının orada olması Türkiyənin təhlükəsizliyi üçün önəmlidir. Yəni bu, NATO-nun diqqətinin daim orada olması deməkdir. Bundan başqa, Türkiyə bu bazaya görə bir sıra üstünlüklər əldə edir. Bu baxımdan, “İncirlik” təkcə NATO-nun maraqları deyil, Türkiyənin də maraqlarını təmin edir. Hesab edirəm ki, bu baza ilə bağlı son zamanlar ortalığı qarışdıranlar sırasında Rusiya da var. Lakin şahidi olacağıq ki, Rusiya Türkiyəyə də müəyyən zaman sonra xəyanət edəcək. Unutmaq lazım deyil ki, dini bir, dili bir olan Ukraynaya xəyanət edən Rusiya Türkiyəyə də heç zaman dost və qardaş ola bilməz. Rusiya Türkiyə vasitəsilə, sadəcə olaraq, bəzi iqtisadi problemlərini həll etmək istəyir. Hesab edirəm ki, bu ərəfələrdə Türkiyə açıqlama və hərəkətlərində son dərəcə səbirli davranmalıdır. Son zamanlar Türkiyə rəsmilərinin NATO ilə bağlı açıqlamalarında yerində olmayan ifadələr var. Heç zaman Amerika razılaşmaz ki, Türkiyə “İncirlik” hərbi-hava bazasını bağlasın. Yəni bu məsələdə Türkiyə tam sərbəst deyil. Eyni zamanda Türkiyə bu bazanı bağlamaqla, üzünə açıq olan xeyli qapıları bağlamış olar. Ondan sonra isə siyasi və iqtisadi baxımdan problemlərlə üzləşə bilər. 15 iyul hadisələri tarixdə xoşagəlməz izdir. Lakin beynəlxalq müstəvidə hesab edirəm ki, bu məsələnin üzərinə çox da gedilməməlidir".
Ekspert “İncirlik” hərbi bazasının region üçün rolundan da danışıb: “Bu hərbi baza region üçün stabillləşdirici rol oynayır. Onun heç bir təhlükəsi yoxdur. Əksinə, orada nüvə başlıqlı raket qurğularının saxlanması həm Türkiyə, həm də NATO üçün çox önəmlidir. Belə deyək ki, baza bu gün dünyada baş verən hadisələr fonunda sabitləşdirici rolunu oynayır. Bu baxımdan da hesab edirəm ki, Türkiyə bu bazanı heç bir halda bağlamamalıdır. Orada nüvə başlıqlı raketlərin saxlanması və qorunması təkcə Türkiyə tərəfindən deyil, NATO-nun çox böyük maddi və mənəvi dəstəyi ilə saxlanılır. Bu baxımdan, əgər o yük tam olaraq, Türkiyənin üzərinə düşsəydi, demək olardı ki, onlar bu bazanın saxlanmasında çətinlik çəkirlər. Ancaq NATO heç bir zaman ”İncirlik"lə bağlı Türkiyədə problemlərin yaşanmasına imkan verməyib. Orada region üçün ən vacib silah-sursat və hərbi texnika yerləşdirilib".
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.