Yanmış bədənini cəsədlərin dərisi ilə sağaltdılar - GÖRÜNMƏMİŞ MÖCÜZƏ
Bədəninin 52 faizi yanan Aleksandra Hollinqsvors adlı gənc qızın dərisini həkimlər ölü donorların dərisi ilə bərpa edib.
18 yaşlı qız həmyaşıdları ilə təhlükəli spirti yandırmağa çalışan zaman bədəninin 52 faizi yanıb. Həkimlər qızı xilas etmək üçün onu ölü donorların dəriləri ilə müalicə etməyə qərar verib. 20 dəfə əməliyyat olunan qızın ayaqlarından alınan ətlər qollarına, kürəyinə və qarnına nəql edilib. Cəsədlərdən alınan dərilər isə sinəsində istifadə edilib.
Aleksandra yaşadığı dəhşətli hadisəni belə xatırlayır: “Dəri və gözlərim sanki əriyirdi. Evdən qaçarkən özümü güzgüdə gördüm. Qollarım parça-parça olmuşdu, dərim sallanmışdı. O vəziyyətdə anamın otağına gedib məni xilas emtəsi üçün yalvardım. O, üzümün də yanmasından çox qorxurdu. Daha nə baş verdiyini dəqiq xatırlamıram, günlərlə komada olmuşam”.
Gənc qız 2 ay xəstəxanada yatıb. Depressiyaya düşən Aleksandra aylarla güzgüyə baxmadığını, özünü canavar kimi hiss etdiyini etiraf edib. Hətta intihar barədə belə düşünüb. 3 il ərzində dözülməz kabuslardan sonra saçları yenidən uzanmağa başlayıb. Bu hadisəndən sonra qız özünü yaxşı hiss etməyə başlayıb.
Aleksandra donorların kim olduğunu bilmədiyini deyib: “ Donorların dəriləri daha tünd olduğu üçün ilk vaxtlarda özümü çox qəribə hiss edirdim, ancaq başqası soruşmadığı müddətdə yad adamın dərilərinin mənə nəql edildiyi ağlıma belə gəlmir. Əslində, onlara minnətdaram, çünki buna ehtiyacım vardı. Bədənim sağaldığı üçün çox xoşbəxtəm".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.