Sosial media araşdırmaları aparan “Somera” şirkəti iyul ayında haqqında ən çox danışılan 5 qadın və 5 kişi məşhurun adını açıqlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kişilərin siyahısında ilk pilləni “Muhteşem Yüzyıl” serialında “Şehzade Cihangir” rolunu canlandırmış Tolqa Sarıtaş tutub.
Barış Arduç, Burak Deniz, Çağatay Ulusoy və Serkan Çayoğlu da Siyahıda özlərinə yer tapa biliblər.
Qadınlar arasında isə hazırda “Aşk Laftan Anlamaz” serialında “Hayat” rolunu oynayan Hande Erçel birinci yerə çıxıb.
Siyahıda onu ardıcıllıqla Elçin Sanqu, Demet Özdemir, Burcu Özberk və Nilay Duru izləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.