Rusiyanın Ermənistandakı hərbi bazasında pilotsuz uçan aparatların (PUA) ekstremal şəraitdə uçuşları başlayıb, Rusiya Cənub Hərbi dairəsinin mətbuat xidmətindən bildiriblər.
“Rusiyanın Cənub hərbi dairəsinin Ermənistandakı hərbi bazasında “Leyer”, “Qranat”, və “Navodçik-2” kompleksinin “Zastava” PUA-nın uçuşları başlayıb.
Qış şəraitində PUA-ların uçuşları 1600-2200 metr yüksəklikdə, -5 dərəcədən -30 dərəcəyədək temperatur şəraitində keçiriləcək”, - məlumatda deyilir, Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir.
Pilotsuz uçan aparatlar gecə və gündüz vaxtlarında, 3500 metr və daha yüksək hündürlüklərdə uçuşlar həyata keçirir və eyni vaxtda bir neçə hədəfi izləyə bilərlər. PUA-lar kəşfiyyat, artilleriya və mühəndis bölmələri ilə taktiki təlimlərdə xüsusi tapşırıqlar yerinə yetirəcəklər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.