Gəncə şəhər sakini yol polisi əməkdaşını təhqir edərək ona zor tətbiq edib.
Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Nizami rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, 1985-ci il təvəllüdlü Samux rayon sakini, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində Yol Patrul Xidməti inspektoru vəzifəsində xidmət edən polis serjantı Mürşid Abdiyev idarəyə müraciət edərək bildirib ki, kimliyi sonradan məlum olan, 1981-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşayan Fariz Cəfərov sərxoş vəziyyətdə Dövlət Yol Polisi Şöbəsinin binasının həyətinə gələrək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı pozaraq onu təhqir edib.
Həmin şəxs əli ilə polis əməkdaşının sifətinə vurub, xidməti gödəkcəsinin paqonlarını qoparıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.