Məşhur aktrisa Şükran Ovalı “Şərəf məsələsi” serialında tanışaraq sevgili olduğu və ötən il ayrıldığı Şükrü Özyıldız ilə yenidən bir araya gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda futbolçu Caner Erkinlə sevgili olan Ş.Ovalı keçmiş sevgilisi ilə yenidən eyni serialda rol alacaq.
28 oktyabrda başlayacağı gözlənilən “Ekşi Elmalar” filmində çəkilən aktrisa Farah Zeynəb Abdullahın (Muazzez obrazı) qızı (Safiye) rolunu canlandıracaq.
Serialda Yılmaz Erdoğan, Şükrü Özyıldız, Devrim Yaqut kimi məşhurlar da çəkiləcək.
Qeyd edək ki, Caner və Şükranın evlilik hazırlığında olduğu bildirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.