banner
banner

Gündəm

Əfsanəvi Rövşən Lənkəranski son mənzilə yola salınır

Əfsanəvi Rövşən Lənkəranski son mənzilə yola salınır
Rövşən Lənkəranskinin dəfn mərasiminə hazırlıqlar görülüb. 
Səhər tezdən Lənkəran Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstismar Sahəsinin işçiləri İmam Hüseyn məscidinə gələn yollarda təmizlik işləri aparıblar. Rövşən Lənkəranskinin cənazasinin olduğu məscidin qarşısında çadırlar qurulub. Məscidin önündə xeyli adam var. 
Hər dəqiqə əraziyə yeni-yeni şəxslər gəlir. Əllərində gül dəstələri gətirənlər də gözə dəyir. Məscidə uzanan yollarda çoxsaylı maşınlar dayanıb, maşınlarda yatan şəxslərin çoxluğu onu deməyə əsas verir ki, Lənkərana Azərbaycanın hər yerindən, o cümlədən müxtəlif ölkələrdən axın var. 
 
Mərhumun dəfn mərasiminin saat 10-da cənazə namazından sonra olacağı gözlənilir.
 
  






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.