Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.
ANS PRESS-in məlumatına görə, Sevil Əliyeva öz ürək sözlərini sosial şəbəkədəki şəxsi səhifəsində yazıb.
“Uca Rəbbimizə Şükrlər olsun ki, bir mübarək Qurban Bayramına daha qovuşduk, əziz soydaşlarım. İslam aləminin bu mübarək bayramı münasibətilə sizə və sevdiklərinizə can sağlığı, uzun ömür, uğurlar diləyirəm!”
Sevil Əliyeva səhifəsində ürək sözləri ilə yanaşı təbrik açıqcası da paylaşıb
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.