banner
banner

Gündəm

Əfsanəvi Rövşən Lənkəranski dəfn edildi - YENİLƏNİB 3, FOTOLAR + VİDEO

Əfsanəvi Rövşən Lənkəranski dəfn edildi -
Avqustun 18-də gecə saat 1-in yarısında İstanbulda naməlum şəxslər tərəfindən güllələnərk qətlə yetirilən kriminal avtortet Rövşən Lənkəranski (Canıyev) bu gün doğulduğu rayonda - Lənkəranda dəfn edilib. 
Dəfn mərsimində iştirak edən reportyorlarımız xəbər verirlər ki, R.Lənkəranskini son mənzilə yola salmaq üçün ölkənin hər tərəfindən adamlar Lənkərana gəliblər. Lənkəran şəhərinin mərkəzində, eləcə də şəhərin girəcəyində maşınlarda gecələyən şəxslər olduqca çox olub. 
Mərhumun dəfn mərasimi saat 10-da cənazə namazı ilə başlayıb.
Səhər tezdən Lənkəran Rayon İcra Hakimiyyətinin mənzil kommunal istismar sahəsinin işçiləri İmam Hüseyn məscidinə gələn yollarda təmizlik işləri aparıblar. 
Rövşən Lənkəranskinin cənazəsinin olduğu məscidin qarşısında çadırlar qurulub. Məscidin önündə xeyli sayda adam toplaşıb. Onların bir çoxu R.Lənkəranskinin xatirəsinə ehtiram olaraq əklillər gətirib.
Hüzr mərasiminə kriminal aləmin nümayəndələri ilə yanaşı, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri də qatılıblar. 
Hüzr mərasiimindəki qələbəlik barədə danışan yerli sakinlər bildiriblər ki, Lənkəranda bu cür izdiham adətən Aşura mərasimləri zamanı müşahidə olunur.
Daha sonra Rövşən Lənkəranskinin cənazəsi artıq qəbristanlığa gətirilib. 
Dəfn mərasimin təxminən 10 minə yaxın insan iştirak edib.
 
Rövşən Lənkəranski (Canıyev) Kiçik Bazar qəbiristanlığında, atasının yanında torpağa tapşırılıb.
 
 
Musavat.com
 
 



































Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.