Fətullah Gülən Azərbaycan hakimiyyətini hədələdi: “Süpürüb Xəzərə ataram” SENSASİYA
Bir vaxtlar Fətulla Gülənin “Hizmet” hərəkatında yüksək mövqe tutan, hərəkatın Qafqaz üzrə keçmiş koordinatoru və Gürcüstandakı Gülən məktəbələrinin idarəçisi Hayati Küçük “Sabah” qəzetinə sensasion müsahibə verib.
Hayati Küçük bir dəfə Pensilvaniyada Fətullah Gülənin yanında toplantıda iştirakı zamanı Bakıdan edilən zəng haqda danışıb. Onun sözlərinə görə, zəng edən şəxs Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin fətullahçıları sıxışdırmasından şikayətlənib. Fətullah Gülən isə cavab olaraq Azərbaycan hakimiyyətini hədələyib və “hamısını Xəzərə tökərəm” deyib.
“Azərbaycanda FETÖ ilə mübarizə aparıldığı haqda həmişə danışılır, yazılır. Azərbaycanda hələ də güclərini qoruyub saxlaya biliblər?” sualına Hayati Küçük aşağıdakı cavabı verib:
“Azərbaycanda daha çox məxfi fəaliyyət göstərirlər. Amma orada hələ qalırlar. FETÖ (Fətullah Güləni nəzərdə tutur.-red) həmişə bunu deyərdi: “Biz girdiyimiz yerdən bir daha çıxmarıq. Rusiya Gülən məktəbələrini bağladığını desə də federasiyanın subyektləri içərisində hələ fəaliyyət göstərirlər. İlham bəyi (prezident İlham Əliyev-red.) yıxmaq an məsələsi idi. Bir gün Pensilvaniyada (Gülənin mənzil-qərargahında.-red) toplantıda Azərbaycandan zəng gəldi. İlham bəyin ciddi problem yaratması ilə bağlı. FETÖ eynilə belə dedi: “Mənə özlərini Xəzərə tökdürməsinlər”. Bu, reallıqdır və gerçəkdir. İlham bəy devrilsəydi inanın ki, canımız Azərbaycan da dağılardı və bunların əlində qalardı. İki dövlət bir millət olsaq bunları süpürüb zibilliyə atarıq”.
Qeyd edək ki, Hayati Küçük 25 il Fətullah Gülənin təriqətinə xidmət edib. Lakin son iki-üç ildir təriqətdən ayrılıb və vaxtaşırı olaraq müsahibələr verərək FETÖ-nün iç üzünü açır.
Son günlər Azərbaycanda müxalifətçilərin Fətullah Gülən təriqəti ilə işbirliyinə dair məlumatlar yayılır. Artıq Baş prokurorluq bu təriqətlə bağlı cinayət işi qaldırıb, həbslər aparılır.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.