ABŞ-da həbsdə olan azərbaycanlı iş adamı Rza Zərrab 11 vəkilin imzası ilə ittihamların məhkəmə tərəfindən rədd edilməsi tələbini irəli sürüb.
Sənəddə Zərrabın ABŞ vətəndaşı olmadığı, ABŞ-da birbaşa cinayət törətmədiyi qeyd olunub. Bu səbəbdən onun ABŞ qanunlarını pozmaqda ittiham edilməsinin düzgün olmadığı bildirilib.
Hakim Bharara Zərrabı ABŞ-ın təhlükəsizliyini pozmaqda günahlandırsa da, vəkillər ortada "Beynəlxalq təhlükə"yə aid sübutun olmadığını iddia ediblər.
Qeyd edək ki, vəkillərin iddialarına sentyabrın 6-da baş tutacaq məhkəmədə cavab veriləcək. Əgər tələb qəbul olunarsa, Rza Zərrab məhkəmə zalından sərbəst buraxılacaq. Əks təqdirdə məhkəmə 2017-ci ilin yanvarında davam etdiriləcək.
Xatırladaq ki, Zərrab martın 19-da Mayami aeroportundan ABŞ-a girmək istəyərkən FTB agentləri tərəfindən saxlanılıb və məhkəməyə çıxarılaraq həbs edilib. İş adamı İrana qarşı tətbiq olunan ABŞ embarqosunu pozmaq, bank saxtakarlığı və çirkli pulların yuyulması cinayətlərinə görə ittiham olunur.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.