Respublika Prokurorluğunun 15 iyul Türkiyə olaylarından sonra cinayət işi açması və son həbslər media və sosial şəbəkələrdə bir sıra araşdırmalara rəvac verdi. Məlum oldu ki, Türkiyədə terrorçu təşkilatın rəhbəri elan edilən Fətullah Gülənin "Dialoq Avrasiya Platforması" (DAP) beynəlxalq ictimai təşkilatının fəxri başqanı, AYB sədri Anar Rzayev imiş. Meydan TV bu istiqamətdə yaranan suallara yazıçı Anarın cavablarını almağa cəhd edib.
- Anar müəllim, son bir neçə gündə Azərbaycanda Fətullah Gülənlə bağlı olduğu bildirilən "Dialoq Avrasiya Platforması" (DAP) beynəlxalq ictimai təşkilatın fəxri başqanı olmağınız haqqında fikirlər səslənir. Bu barədə nə deyə bilərsiniz?
- O təşkilatın rəhbəri yazıçı Çingiz Aytmatov, fəal üzvü Oljas Süleymanov və Moskvadan akademik Rıbakov olub. Onların tədbirlərində rəhmətlik Heydər Əliyev çıxış edib. Mən də o təşkilatın üzvü olmuşam. Gülənlə heç bir əlaqəm yoxdur və onun kim olduğunu bilmirəm.
- Bir ziyalı olaraq Azərbaycanda Fətullah Gülənə görə həyata keçirilən həbsləri necə qiymətləndirirsiniz?
- Bilmirəm, o, mənim problemim deyil.
- Bəs təşkilatla əlaqəniz varmı?
- Yox, onların özləri də dağılıblar.
- Təşkilata üzv olanda Gülənin kim olduğunu bilirdinizmi?
- Mən heç o təşkilatın Gülənlə bağlı olduğunu da bilmirdim. Təşklilat Türkiyənin rəsmi təşkilatlarından biri idi, ona görə də Gülənlə maraqlanmırdım.
- Ancaq fəxri başqan idiniz...
- Bəli.
- O zaman fəxri başqanlığı necə qəbul etdiniz?
- Ona görə qəbul etdim ki, onların gördüyü işləri Azərbaycanda da yüksək qiymətləndirirdilər, o cümlədən, rəhmətlik Heydər Əliyev də. Vaxtilə Heydər Əliyev onların Bakıdakı toplantısında çıxış etdi, onda heç Gülənin adı da yox idi. Gülənin adını indi eşidirik.
- Gülənlə bağlı Türkiyədəki hadisələri necə qiymətləndirirsiniz?
- Türkiyədə demokratiya qalib gəldi, xalq küçələrə çıxıb qanuni seçdiyi prezidentini müdafiə etdi, bununla da hər şey bitdi.
- Siz Gülənin terrorçu təşkilata rəhbərlik etdiyinə inanırsınızmı?
- Elə sual verirsiniz ki... Mən nə bilim Gülən hansı təşkilatın rəhbəridir? Əgər Türkiyə belə hesab edirsə, görünür, nəsəyə əsaslanıb deyir də. İndi mən düz, yaxud yalan dediyklərini söyləyim? Bunun mənə nə aidiyyatı var?
- Ancaq Azərbaycanda da cinayət işi açılıb, AXCP sədrinin köməkçisini və partiya üzvünü həbs ediblər...
- Məni onlara qarışdırmayın, xahiş edirəm. Sualınızı verdiniz, cavab verdim.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.