Xəbər verdiyimiz kimi dünən Nyu-Yorkda "MTV Video Music Awards" mükafatlandırma mərasimi keçirilib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, namizəd olduğu 11 nominasiyada 8 mükafat alan məşhur müğənni Beyons, mərasimə 4 yaşlı qızı Blu İvi ilə qatılıb.
Qırmızı xalçada bütün diqqətləri üzərinə çəkən 34 yaşlı Beyons qızı ilə birgə kameralar qarşısına çıxıb. Onun transparan libası geniş müzakirələrə səəbəb olub.
Diqqət çəkən məqamlarda biri də onun qızına tüllərdən hazırlatdırdığı geyimi olub. Məlumata görə, Beyons qızının paltarına 11 min dollar ödəyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.