banner
banner

Hərbİ

Zakir Həsənov aprel döyüşlərindən sonrakı vəziyyətdən danışdı

Zakir Həsənov aprel döyüşlərindən sonrakı vəziyyətdən danışdı
Avqustun 30-da Müdafiə Nazirliyində Silahlı Qüvvələrdə döyüş hazırlığının nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib. 
Bu barədə Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Musavat.com xəbər verir, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər.
Müşavirədə döyüş hazırlığı və nizam-intizamın vəziyyəti, həyata keçirilən fəaliyyətlər, problemlər və onların həlli yolları, əldə olunan nailiyyətlər, əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı nazir müavinləri və birlik komandirlərinin məruzələri dinlənilib, qısa və uzun müddətli perspektivlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
 
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək, xalqımızın və ölkə rəhbərliyinin ordumuzun fəaliyyətinə verdiyi yüksək qiyməti toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Müdafiə naziri cari ilin aprel döyüşlərindən sonra işğaldan azad olunmuş ərazilərdə müdafiənin ön xəttinin möhkəmləndirilməsi, hərbi hissələrin müasir silah-sursat və zirehli texnikalarla təchiz edilməsi, şəxsi heyətin döyüşə hazırlığının səviyyəsi, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və nizam-intizamın gücləndirilməsi, eləcə də onların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.
 
Sonda kollegiya iclasında irəli sürülən təkliflər müzakirə edilərək qərar layihəsi qəbul edilib.
 


Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.