banner
banner

Dünya

Rusiya həkimləri İslam Kərimovun yanındadır

Rusiya həkimləri İslam Kərimovun yanındadır

Rusiyanın Burdenko adına neyrocərrahiyə institutunun həkimləri prezident İslam Kərimovun müalicəsi üçün Özbəkistandadır.

Virtualaz.org xəbər verir ki, bu məlumatı RBK agentliyi tibbi dairələrdəki mənbələrə istinadən yayıb. İnsititutun elmi rəhbəri Aleksandr Konovalov məlumatı təsdiqləyib. “Onlar çoxdan oradadır, artıq ilk məqamlardan bizim həkimlər ora gedib”-Konovalov bildirib.

Konovalovun sözlərinə görə, bu məsələni institutun direktoru, neyrotravmatologiya şöbəsinin rəhbəri Aleksandr Potapov kurasiya edir. Potapovdan şərh almaq mümkün olmayıb.

Bundan əvvəl Rusiya baş nazirinin müavini Olqa Qolodets açıqlamışdı ki, Özbəkistan Kərimovun müalicəsi ilə bağlı kömək üçün rəsmən müraciət etməyib. “Əgər müraciət olunsa biz həmişə kömək etməyə hazırıq”-o deyib.

Təsdiqlənməmiş məlumatlara görə Kərimov hazırda süni tənəffüs aparatına qoşulub, digər mənbələr isə onun öldüyünü iddia edirdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.