banner
banner

Dünya

Braziliyada nümayişçilərlə polis arasında toqquşma baş verib

Braziliyada nümayişçilərlə polis arasında toqquşma baş verib
Braziliyanın San-Paulu şəhərində baş verən kütləvi etiraz aksiyalar zamanı nümayişçilər və polis arasında toqquşmalar baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, etirazlar prezident Dilma Rousseffə impiçment elan edilməsindən sonra başlayıb.
 
Polis sabiq prezidentin tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə  polisə daş və tüstü bombaları atıb. D.Roussef impiçment qərarını  dövlət çevrilişinə cəhd kimi qiymətləndirib.
 
Avqustun 31-də Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Rousseffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib. 2018-ci ildə keçiriləcək yeni seçkilərədək Braziliyaya vitse-prezident Mişel Temer başçılıq edəcək.
 
2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.