Kartof bir çox ölkədə sevilən bir tərəvəzdir. Bizim ölkəmizə Cənubi Amerikadan gəlmişdir. Kartof, sevilməsinin yanında bir çox müalicəvi xüsusiyyəti də ehtiva edir.
Hətta bu müalicəvi xüsusiyyətlər tibb dünyasının da diqqətini çəkmişdir və tibb sahəsində kartofdan faydalanıblar.
Son illərdə edilən araşdırmalara görə, kartof şirəsinin içərisində olan turşular, minerallar və fermentlər sağlamlığımıza olduqca faydalıdır. Kartof suyu həzm sistemimizin düzgün işləməsini təmin edir. Mədəmizdə xoranın meydana gəlməsini azaldır. Əgər məqsədiniz xoranı azaltmaqdırsa, qırmızı kartof suyunu istifadə etməyinizi tövsiyə edə bilərik. Qırmızı kartofları yaxşıca yuyub quruladıqdan sonra, doğranıb suyu çıxarılmalıdır. Əldə edilən su xoraya qarşı mükəmməl təsir göstərir. Ancaq diqqət etməniz lazım olan hal, köhnə və qara nöqtəli kartof olmamasıdır. Çünki onlar ümumiyyətlə zəhərli maddələr ehtiva edirlər. Kartofun faydaları bununla da bitmir. Əgər revmatizmlə əlaqəli oynaq ağrıları və bel problemləri yaşayırsınızsa, kartof suyu buna da yaxşı təsir edəcək. Hətta yalnız balla qarışdırılmış çiy kartof suyunu içmək, qida zəhərlənməsinin qarşını alır. Bundan əlavə, bu maye baş ağrısını azaldır. Mütəxəssislər kartof suyundan bol-bol istifadə etməyi məsləhət görürlər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.