“Eşkıya Dünyaya Hükümdar Olmaz” serialında baş rolda oynayan məşhur aktrisa Dəniz Çakır 3 ay öncə köçdüyü evini yenə dəyişib.
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, fanatlarının evinin adresini öyrəndiyi üçün çətin anlar yaşadığını deyən 35 yaşlı aktrisa, köçmək məcburiyyətində qaldığını bildirib.
Onun hansı səmtdə ev aldığı bilinmir.
Qeyd edək ki, bu yaxınlarda D.Çakırın keçmiş sevgilisi Oktay Kaynarca illərdir qaldığı Bəbək səmtindən Kanlıcaya köçmüşdü.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.